Şirvandan olan nümayəndə heyəti “Beynəlxalq Anadolu Günləri – 24” festivalında ölkəmizi təmsil edibbackend

Şirvandan olan nümayəndə heyəti “Beynəlxalq Anadolu Günləri – 24” festivalında ölkəmizi təmsil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən keçirilmiş “Beynəlxalq Anadolu Günləri” mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.
Türkiyə Cumhuriyyəti Ankara şəhəri Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədi ilə 26 avqust – 04 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Anadolu Günləri 24” adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib.
Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan şəhər Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi bu il də festivalın sonuncu günü 04 sentyabr 2022-ci il tarixdə keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət olan nümayəndə heyəti iştirak edib. Şəhərimizin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri, xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponantlar və milli mətbəx nümunələrimiz nümayiş olunub.
Ankara şəhəri Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin Türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu və Türk coğrafiyasında Türk icmalarının mədəniyyətini və sənətini yaşatmaq istədiklərini bildirib.
Festivalda Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, Ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının yaşadığını və hər iki dövlət tərəfindən bu dostluğa və qardaşlığa dəyər verildiyini bildiriblər. Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək formada davam etdirdiyinə, bu il də Azərbaycan nümayəndə heyətinin iştirakına şərait yaratdığına görə Ulu öndərin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və xoş arzularını Etimesgut Bələdiyyəsinin rəhbərliyinə və festival iştirakçılarına çatdırıblar. Ölkəmizdə aparılan qurucluq işlərindən, keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edərək, bu cür tədbirlərin keçirilməsinin ölkələr arası mədəni əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıblar. Yerli Bələdiyyə Başkanına onlara göstərilən doğma münasibətə görə təşəkkürlərini bildiriblər və hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan “Qarabağ” xalçasını Ənvər Dəmirələ təqdim ediblər.
Ankara Etimesgut Bələdiyyə Başkanı Ənvər Dəmirəl bu əlaqələrin daha da dərinləşməsini, uzunömürlü olmasını arzulamış və simvolik olaraq nümayəndə heyətinə öz hədiyyələrini təqdim etmişdir.