Şirvanda yeni məktəb istifadəyə verilib – FOTObackend

Şirvanda yeni məktəb istifadəyə verilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 20-də Şirvan şəhər  21 nömrəli tam orta məktəb  üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

TİA.AZ xəbər verir ki, açılış mərasimində təhsil nazirinin müavini  Muxtar Məmmədov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, icra başçısının müavini Aynur Fərzəliyeva, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev iştirak edib.

Bildirilib ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq  idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.