Şirvanda YAP-ın təsis olunması münasibətilə silsilə tədbirlər keçirilibbackend

Şirvanda YAP-ın təsis olunması münasibətilə silsilə tədbirlər keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Herdər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Heydər Əliyev Mərkəzində keçirilən ümumşəhər tədbiri dövlət himninin ifası ilə başlayıb. Tədbir İştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən bəhs edən “Xilaskar” sənədli filminə tamaşa ediblər. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Partiyanın qurucusu ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin və  dünyasını dəyişən YAP  fəallarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar edilib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə ictimai-siyasi vəziyyətdən, partiyanın keçdiyi tarixi inkişaf yolundan, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıb. Bu partiyanın xalqımızı, dövlətimizi daim qələbələrə apardığını qeyd edib. Yeni Azərbaycan Partiyasının güclü sosial bazaya malik olduğunu, Cənubi Qafqazda ən böyük siyasi təşkilat olaraq ümumxalq partiyasına çevrildiyini bildirib. Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, dövlət başçısının dünyanın ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələri, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təmin edilməsini, əsgər və zabitlərimizin yüksək vətənpərvərlik ruhunu 44 gün davam edən Vətən müharibəsində ardıcıl zəfərlərin əldə olunmasını təmin etdiyini vurğulayıb.Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Yeni Azərbaycan Partiyasının  yaranmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Ulu öndər Heydər Əliyev haqqında  xatirələrini bölüşdülər.Sonra tədbir iştirakçıları şəhərin mərkəzində Şirvan şəhərindən I və II Qarabağ müharibəsində həlak olan hər bir şəhidin adının əbədiləşdirilməsi məqsədilə quraşdırılmış və daim fəaliyyət göstərən müasir monitorla tanış olublar, şəhidlərin fotolarının və haqqında məlumatların təqdim olunduğu monitora tamaşa ediblər. İcra başçısı İlqar Abbasov məktəblilərin də vaxtaşırı monitoru ziyarət etməsini  və onların da şəhidlər haqqında məlumatlarla tanış olmalarının təşkil edilməsini  təhsil işçilərinə tövsiyə etdi.
Sonra tədbir iştirakçıları Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncə Şirvan şəhərindən  I Qarabağ müharibəsində  itkin düşən şəhidlərin xatirə lövhəsi, sonra isə hər bir şəhid məzarı ziyarət edilərək ruhlarına dualar edilib.  Sonra Şəhidlər Xiyabanında ucalan “Şəhid anası memorial abidə kompleksi” ziyarət edilib. Abidə önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, I Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı İradə Atayeva  və digər YAP fəalları Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 29 il ərzində qazanılan uğurlardan, Vətən müharibəsində Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq nəticəsində qısa müddətdə torpaqlarımızın azad edilərək  Böyük  Zəfərin əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu qələbənin təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin tarixi xidmətlərini qeyd ediblər. Qələbənin əldə olunmasında Yeni Azərbaycan Partiyasının sədrinin və  üzvlərinin apardığı ideoloji işdən danışıblar. Şəhid anaları şərəfinə ilk olaraq Şirvan şəhərində ucaldılan “ Şəhid Anası memorial abidə kompleksi”nin önəmini vurğulayıblar. Şəhidlərin  xatirəsini bir daha anıb, ruhuna dualar ediblər.
Daha sonra tədbir iştirakçıları əsaslı təmir edilən Məhəmməd Füzuli adına parkda  şəhər sakinlərinin mədəni istirahəti üçün yaradılan şəraitlə tanış olublar. Orada Vətən müharibəsində qələbəyə həsr olunmuş  “Zəfər abidəsi”ni  ziyarət ediblər. Abidə önündə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov parkda aparılan abadlıq-quruculuq işləri, yeni salınan “Zəfər abidəsi” barədə məlumat verib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və tədbirdə çıxış edən digər YAP fəalları şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə, Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkının əsaslı təmirinə, “Zəfər abidəsi”nin ucaldılmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.