Şirvanda Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilibbackend

Şirvanda Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Mərkəzi İcra Hakimiyyəti orqanlarının regional təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar öncə Şirvan “Şəhidlər xiyabanı”nı ziyarət edib, Birinci Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin və şəhid məzarlarının önünə tər gül dəstələri düzüblər.

Sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, 31-Mart azərbaycanlıların soyqırımı faciəsi qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək 31 mart-Azərbaycanlıların soyqırımı gününün respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, faciələr və soyqırımların real faktlar əsasında gənc nəslə, geniş ictimaiyyətə çatdırıldığını bildirib. Erməni daşnaklarının Azərbaycan xalqına, türk dünyasına qarşı 200 ilə yaxın dövrü əhatə edən soyqırım siyasəti haqqında məlumat verib. Tarixi Qələbənin əldə olunmasından bütün xalqımızın qürur hissi keçirdiyini və buna görə şəhidlərimizə minnətdar olduğumuzu qeyd edib. Soyqırım qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Sonra Şirvan şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış edib.