Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılırbackend

Şirvanda şəhidlərə xatirə kompleksləri ucaldılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın müdrik rəhərliyi ilə ölkəmizin ərazi bütövlüyü, müdafiəsi uğrunda həlak olan Şəhidlərin xatirəsi daim əziz tutulur. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə, xüsusi diqqət və qayğı göstərilir. Onların sosial problemləri ardıcıl həll edilir. Təqdirəlayiq haldır ki, dövlət başçısının həyata keçirdiyi bu siyasət, gördüyü işlər yerlərdə də davam etdirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Şirvan şəhər İcra Hakimiyyətinin son vaxtlar həyata keçirdiyi tədbirlər, gördüyü işlər buna parlaq nümunədir. 5 sentyabr 2020-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş növbəti anım tədbiri keçirilib.

Şirvan şəhər İca Hakimiyyətinin başçısı İlqar Abbasov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və ictimaiyyət nümayəndələri xüsusi karantin rejiminin qaydaları gözlənilməklə şəhərin “Kürkörpü” adlanan yaşayış massivində, şəhid Vüqar Yadigar oğlu Kərimovun və şəhid İmran Nəriman oğlu Quliyevin xatirəsinə ucaldılan abidə kompleksinin açılışına qatılıblar. Açılış mərasimində hər iki şəhidin valideynləri, ailə üzvləri iştirak edib. Öncə şəhidlərin xatirəsi anılıb. Abidə kompleksi önünə gül-çiçək dəstələri qoyulub.

Mərasimdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edib. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafında əldə olunan uğurlardan, regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının yaxşılaşmasına, xüsusilə dövlətimiz, xalqımız qarşısında əvəzsiz xidmətləri olan insanlara, o cümlədən Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə göstərdikləri diqqət və qayğıdan danışıb. Bu qayğının dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası dövründə də davam etdirildiyini, nəzərdə tutulan bütün sosial layihələrin uğurla həyata keçirildiyini qeyd edib. İşğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirib. Şirvanlıların həmişə dövlətə, dövlətçiliyə sadiq olduğunu qeyd edib.
Şirvan şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin inşasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. Şəhidlərin valideynlərinə, ailə üzvlərinə başsağlığı verib, şəhidlərə allahdan rəhmət diləyib.

Tədbirdə çıxış edən natiqlər, şəhidlər Vüqar Yadigar oğlu Kərimovun və İmran Nəriman oğlu Quliyevin keçdiyi həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan danışıblar.

Tədbirdə şəhid Vüqar Kərimovun atası Yadigar Kərimov və şəhid İmran Quliyevin anası Arusə Quliyeva çıxış edərək, şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki