Şirvanda şəhid, Milli Qəhrəman Rəfael Şərafət oğlu Həbibovun doğum günü qeyd edilibbackend

Şirvanda şəhid, Milli Qəhrəman Rəfael Şərafət oğlu Həbibovun doğum günü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Şəhər İcra Hakimiyyətinin  və 14 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 02 aprel 2022-ci il tarixdə şəhid, Milli Qəhrəman Rəfael Şərafət oğlu Həbibovun təhsil aldığı məktəbdə doğum günü qeyd edildi. Şirvan Şəhər İcra Hakimiyyətinin  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayevin, İcra Hakimiyyətinin məsul əməkdaşı Adəm Hüseynovun, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Pənah Xankişiyevin və şəhidin ailə üzvlərinin iştirakı ilə keçirilən tədbir dövlət himninin ifası ilə başlayıb. Mənalı ömrünü Azərbaycan xalqına fəda edən Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ruhlarına dualar edildi. Tədbirdə çıxış edən 14 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şirvan şəhər şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Pənah Xankişiyev, şəhidin qardaşı, ehtiyatda olan mayor Cəbrayıl Həbibov çıxış edərək şəhidin keçdiyi həyat yolundan, hərbi xidmət zamanı göstərdiyi  şücaət və qəhrəmanlığından bəhs etdilər. Gənc nəslin  şəhid, Milli Qəhrəman Rəfael Şərafət oğlu Həbibovun göstərdiyi qəhrəmanlıq ruhunda əsil vətənpərvər kimi böyüməsinin əhəmiyyəti, məktəbdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlər barədə  təsüratlarını bölüşdülər. Tədbirdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Adəm Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə  şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə və qazilərə, veteranlara göstərilən diqqət və qayğıdan danışdı. Bu qayğının yerlərdə də davam etdirildiyini vurğuladı. Şəhid, Milli Qəhrəman Rəfael Həbibovun doğum günü ilə əlaqədar şəhidin ailə üzvlərinə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun ən xoş arzularını, başsağlığını çatdırdı. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasovun təşəbbüsü ilə şəhərdə şəhid ailələrinə göstərilən həssas münasibətdən, diqqət və qayğıdan danışdı. Bildirdi ki, son illər Şirvan şəhər Şəhidlər Xiyabanı yenidən qurulmuş, Vətən müharibəsi şəhidlərinin məzarları üzərində qara mərmərdən abidələri, Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksi ucaldılmış, müasir  tələblər səviyyəsində yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında “Zəfər”, “Qarabağ” xiyabanı salınmış, xiyabanda Vətən müharibəsi döyüşçülərinin şərəfinə respublikada ilk olaraq “Zəfər” aibədəsi qoyulmuş, şəhərin mərkəzi meydanında müasir standartlara uyğun quraşdırılmış monitorda şəhidlərin fotoşəkilləri və barələrində məlumatlar yerləşdirilmişdir. Şirvan şəhərindən olan üç Milli Qəhrəmanın büstləri qoyulmuş, adları oxuduqları məktəbə və əvvələr yaşadıqları küçələrə verilmişdir. Vətən müharibəsində orden və medallarla təltif edilən beş şəhidin də  adı əvvəllər yaşadıqları küçələrə verilməklə əbədiləşdirilmişdir. Şirvan Şəhidlər Xiyabanında dəfn edilən Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının üstünün qara mərmərdən götürülməsi istiqamətində zəruri tədbirlərin görüldüyü tədbir iştitakçılarının nəzərinə çatdırılmışdır.

Tədbirdə Milli Qəhrəman Rəfael Həbibovun həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş edilmişdir.

Sonra 14 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Rəfael Həbibova həsr etdikləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər. Şəhid, Milli Qəhrəman Rəfael Həbibovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Sonda tədbir iştirakçıları şəhid, Milli Qəhrəman Rəfael Həbibovun məktəbin dəhlizindəki büstünü, şəhərin Şirvan  Dəmiryolu vağzalı önündə yerləşən abidəsini, və el qəbirstanlığındakı məzarüstü büstünü ziyarət ediblər. Abidələrin önünə gül-çiçək dəstələri qoyub, ruhuna dualar ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!