Şirvanda şəhid Ərəbli Rahil Rafiq oğlunun ailəsi ziyarət edilibbackend

Şirvanda şəhid Ərəbli Rahil Rafiq oğlunun ailəsi ziyarət edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yəhyayeva Aprel döyüşlərinin şəhidi Ərəbli Rahil Rafiq oğlunun ailəsini ziyarət edib, şəhidin əziz xatirəsini hörmətlə anıblar. Ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə erməni təxribatına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan danışılıb.

TİA.AZ xəbər verir ki, ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində mühüm strateji əhəmiyyətə malik Lələtəpə, Talış yüksəkliklərinin və 2000 hektarlıq ərazinin azad edildiyi bildirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Aprel şəhidlərinə yüksək qiymət verildiyi, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının Şirvan şəhərində də davam etdirildiyi, 27 sentyabr 2020-ci il tarixdə erməni təxribatına və təcavüzünə qarşı ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində tarixi torpaqlarımızın azad olunduğu, işğaldan azad olunan şəhər və rayonlarda Azərbaycan bayrağının qaldırılması nəticəsində bütün şəhidlərimizin, o cümlədən Aprel şəhidlərinin də ruhlarının şad olduğu qeyd edilib. Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən,  “Şəhid Anası” memorial abidə kompleksinin ucaldılmasından, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında aparılan yenidənqurma işləri zamanı “Zəfər” və “Qarabağ” xiyabanının salınmasından, xiyabanda Vətən müharibəsində döyüşən əsgər və zabitlərin şərəfinə ” Zəfər” abidəsinin inşasından, şəhərin mərkəzi meydanında Şirvan şəhidlərinin fotoşəkilləri və barələrində məlumatın təbliğ edilməsindən, hər bir şəhid ailəsinə xüsusi həssaslıqla yanaşılıb, diqqət və qayğı göstərilməsi barədə ətraflı məlumat verilib. Şəhid ailələrinə göstərilən bu diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Aprel şəhidi Ərəbli Rahil Rafiq oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!