Şirvanda qanunsuz sərnişindaşımanın son həddi: “Evimizə çörək apara bilmirik” – VİDEObackend

Şirvanda qanunsuz sərnişindaşımanın son həddi: “Evimizə çörək apara bilmirik” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şirvan şəhərində qanunsuz avtovağzal fəaliyyəti və ayrı-ayrı sürücülər tərəfindən qanunsuz şəhərlərarası sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi işini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun quran “Şirvan Avtovağzalı” ASC-nin fəaliyyətinə əngəl törədir.

TİA.AZ Yenicag.az-a istinadən xəbər verir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilən pasport verilmiş “Şirvan Avtovağzalı” ASC ilə yanaşı, şəhərdə qanunsuz olaraq 5 ayrı yerdə şəhərlərarası sərnişindaşıma fəaliyyəti həyata keçirilir.

Şirvanda qeyri-qanuni formada fəaliyyətə başlayan “XƏYYAM-2012” MMC-nin şəhərlərarası sərnişindaşıma xidmətinin 70 faizini həyata keçirməsi “Şirvan Avtovağzalı” ASC-ni çətin vəziyyətdə qoyub.

Avtovağzalda sərnişindaşıma ilə məşğul olan sürücülər bütün rəsmi sənədlərinin olmasına baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərən avtovağzalların onların işlərində böyük çətinliklər yaratdığını qeyd ediblər.

Daha ətraflı videoreportajda: