Şirvanda  Heydər Əliyevə həsr olunmuş ümumşəhər tədbiri keçirildibackend

Şirvanda Heydər Əliyevə həsr olunmuş ümumşəhər tədbiri keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, Milli Məclisin deputatı İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai-siyasi qurumların nümayəndələri öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin Mərkəzi meydanında ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.

TİA.AZ xəbər verir ki, sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərindən, Şirvan şəhərinə səfərindən bəhs edən eksponatlarla tanış olublar.

Heydər Əliyev Mərkəzində keçirilən ümumşəhər tədbirində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 14 iyul 1969-cu ilin Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb etdiyini, həmin tarixi gündə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçildiyini bildirdi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ilə qədər dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə çalışdığını, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəldiyini, həmin Komitənin milliyətcə ilk azərbaycanlı generalı olduğunu vurğuladı. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK plenumunda Heydər Əlirza oğlu Əliyevin respublika rəhbəri seçilməsi ilə ölkəmizin tarixində keyfiyyətcə yeni bir mərhələnin başlandığını qeyd etdi. Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının milli maraqlarını hər şeydən uca tutduğunu, böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdığını, İttifaq dövləti tərkibində ölkəmizin xalq təsərrüfatının hərtəfərli yüksəlişinə, o cümlədən Şirvan şəhərində yeni sənaye müəssisələrinin tikintisinə nail olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik, quruculuq siyasətinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, müasir, müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu qeyd etdi. Tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik edərək müstəqil dövlətimizin inkişafına xidmət edəcək fəaliyyətlərində uğurlar arzu etdi.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən “Millət atası” sənədli filminə tamaşa etdilər.

Şirvanda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ümumşəhər tədbiri keçirildi
Şirvanda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ümumşəhər tədbiri keçirildi
Şirvanda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ümumşəhər tədbiri keçirildi