Şirvanda Heydər Əliyev anıldı – Fotolarbackend

Şirvanda Heydər Əliyev anıldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ulu öndər Heydər Əliyevin  anadan olmasının 99 illiyi Şirvanda silsilə tədbirlərlə qeyd edilib. 

TİA.AZ xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayən 10-u Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99  illiyinə həsr olunmuş ümumşəhər tədbirində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri öncə Ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Şəhid ailələri və Vətən müharibəsi qazilərinin də iştirak etdiyi  tədbirdə Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan Ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, müasir, müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyəti geniş qeyd edilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin bu gün də Prezident, Ali Baş Komandan  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb.