Şirvanda elmi-nəzəri konfrans keçirilibbackend

Şirvanda elmi-nəzəri konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə YAP şəhər təşkilatının konfrans zalında “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. 

TİA.AZ xəbər verir ki, konfrans iştirakçıları öncə məktəblilərin İlham Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, hüquq-mühafizə orqanlarının, ictimai və siyasi qurumların, idarə müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən “İlham Əliyev-davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans dövlət himni ilə açıq elan edilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərindən, xüsusi ilə erməni işğalına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin Zəfər yürüşünə uğurlu rəhbərlik etməsindən, həyata keçirdiyi hücum xarakterli diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdən, ata vəsiyyətini ləyaqətlə yerinə yetirməsindən bəhs edən “Ata vəsiyyəti” sənədli filminə tamaşa ediblər.

Sonra İlqar Abbasov Azərbaycan Prezidenti İlham Əliyevi öz adından və Şirvan şəhər ictimaiyyəti adından təbrik edib, ali dövləti fəaliyyətində daha böyük nəaliyyətlər və uğurlar arzulayıb.

Azərbaycan Prezidentinin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Azərbacanın davamlı inkişaf modelinin müəllifi olduğunu qeyd edib. Regionların sosial-iqtisadi inkişafı istiqamətində, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, hüquqi, demokratik və instisional islahatlardan danışıb. Həyata keçirdiyi daxili və xarici siyasətin ana xəttini Qarabağ məsələsi olduğunu bildirib.

O, Azərbaycanın Birinci-vitse prezidenti, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin beynəlxalq aləmdə geniş təbliğ edildiyini, respublikamızda keçirilən beynəlxalq səviyyəli tədbirlərin, humanitar forumların mühüm əhəmiyyət kəsb etdiyiniqeyd edib. İcra başçısı beynəlxalq aləmdə Qarabağla bağlı obyektiv rəyin formalaşmasına xidmət edən fəaliyyətindən danışıb.