Şirvanda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi – Fotolarbackend

Şirvanda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində 600-dən yuxarı bal toplayıb ali məktəblərə daxil olan məzunlarla görüş keçirilib.

TİA.AZ xəbər verir ki, görüşdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və 600-dən yuxarı bal toplayıb ali məktəblərə daxil olan məzunlar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Tədbir Mədəniyyət Mərkəzində davam etdirilib.

Şirvan ŞİH başçısı İlqar Abbasov 2021-2022-ci tədris ilini böyük uğurlarla başa vuran Şirvan şəhər təhsil işçilərini və 600-dən çox bal toplayıb ali məktəblərə daxil olaraq tələbə adı qazanan gəncləri təbrik edib. Bu il Şirvan şəhər ümüumtəhsil müəssisələrindən 276 nəfər məzunun müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazandığını, 22 nəfərin 600-700 arası, 21 nəfərin 500-600 arası bal topladığını diqqətə çatdırıb.

Sonda yüksək nəticə göstərən məzunlara Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Qəribov Asif Səxavət oğlunun bacısı Qəribova Solmaz Səxavət qızı da bu il ən yüksək balla Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olub.