Şirvan şəhərində şəhid anaları ilə görüş keçirildi – Fotolarbackend

Şirvan şəhərində şəhid anaları ilə görüş keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şirvan şəhərində şəhid anaları ilə görüş keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun keçirdiyi görüşə Salyan rayonundan gələn bir qrup şəhid anaları da qatılıb.

Tədbirdən öncə şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə gül cələngləri qoyulub, şəhidlərin ruhuna dualar edilib.

Sonra keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını və şəhid analarını salamlayıb. Şəhər İcra Hakimiyyətinin başçısı belə qəhrəman övladlar yetişdirən şəhid analarına təşəkkürünü və minnətdarlığını bildirib. İşğaldan azad edilmiş digər ərazilərin də tezliklə yenidən qurulacağına və sakinlərinin doğma yurd-yuvalarına qayıdacaqlarına inamını ifadə edib. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının yerlərdə də, o cümlədən Şirvan şəhərində də davam etdiyini bildirib.

Tədbirdə Milli Məclisin deputaı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəhməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək həyata keçirilən dövlət siyasətinin mühüm məqamlarından, əldə olunan uğurlardan, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan danışıb, şəhid analarına belə qəhrəman övladlar böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.