Şirvan şəhərində əhalinin infeksiyaya qarşı peyvəndlənməsi davam edibackend

Şirvan şəhərində əhalinin infeksiyaya qarşı peyvəndlənməsi davam edi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində koronavirus (COVID-19) infeksiyası əleyhinə şəhər sakinlərinin peyvənd edilməsi prosesi uğurla davam etdirilir. Peyvəndlənmənin yüksək səviyyədə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə şəhər ərazisində səyyar briqadalar təşkil olunub.

Son statistikaya görə, şəhər üzrə COVİD-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 77380 olub. Belə ki, 45024 nəfər birinci mərhələ üzrə, 32354 nəfər ikinci mərhələ üzrə, 2 nəfər isə üçüncü mərhələ üzrə vaksinasiya olunub. 2 sentyabr 2021-ci il tarixdə gün ərzində 522 doza vaksin vurulub. 371 doza birinci mərhələ, 181 doza ikinci mərhələ vaksin olunub.

Qeyd edək ki, bu ilin yanvar ayından həyata keçirilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Şirvan şəhərində də ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir.