Şirvan şəhəri ərazisində iməclik təşkil olunubbackend

Şirvan şəhəri ərazisində iməclik təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı, sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası və şəhərin təmizliyi istiqamətində də mühüm tədbirlər həyata keçirilir.

Bu məqsədlə 2 aprel 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xidmət təşkilatçıları tərəfindən şəhər ərazisində iməclik təşkil olunub. İməclik zamanı Kommunal Kombinatı Müəssisəsinin və Mənzil Təsərrüfatı İdarəsinin xüsusi təyinatlı avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən xidməti ərazilər və yol kənarları  tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, həmçinin digər abadlıq işləri görülüb.

Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən yaşıllıq ərazilər şumlanıb, sınmış ağac budaqlarından və digər qırıntılardan təmizlənib. Ağaclara aqrotexniki qaydada qulluq edilib. Parklarda səliqə-sahman işləri həyata keçirilb. Ərazilərdən çıxarılan məişət tullantıları xüsusi təyinatlı texnikalar vasitəsilə daşınıb.

Yazın gəlişi, havaların istiləşməsi, əhalinin daha çox parklarda və məhəllələrdə vaxt keçirməsi ilə əlaqədar ərazilərin təmiz saxlanılması istiqamətində sakinlərlə maarifləndirici söhbətlər aparılıb.