Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Bayramlı qəsəbə sakinləri ilə görüş keçiribbackend

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Bayramlı qəsəbə sakinləri ilə görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu tövsiyə və tapşırıqlar Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb.Təsdiq edilmiş qrafikə uyğun olaraq vətəndaşlarla növbəti səyyar görüş 30 iyun 2022-ci il tarixdə Bayramlı qəsəbə klubunda keçirilib.Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş işirakçılarını salamladıqdan sonra, ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. İki il əvvəl dünyada başlayan pandemiyanın yaratdığı çətinliklərdən, sürətlə yayılan infeksiyaya qarşı ölkəmizin dünyaya nümunə olan mübarizəsindən, operativ verilən qərarlardan, profilaktik tədbirlərdən danışıb. Pandemiyaya və ölkəmizdə aparılan 44 günlük Vətən müharibəsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq heç bir sosial layihənin dayandırılmadığını, iri zavod və fabriklərin, ticarət mərkəzlərinin fəaliyyəti dayansa da ölkə iqtisadiyatının çox ciddi çətinliklə üzləşmədiyini xatırladıb. Hətta işğaldan azad olunmuş rayonlarda dərhal yeni infrastruktur layihələrin həyata keçirildiyini, abadlıq-bərpa işlərinin aparıldığını, bu müddətdə şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğının gücləndirildiyini diqqətə çatdırıb.

Şəhidlərin və müharibə iştirakçılarının döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyindən, xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən tədbirlərdən, beynəlxalq humanitar forumlardan, dünyanın dini liderlərinin Bakıda keçirilən görüşündən söz açaraq, həmin tədbirlərin Azərbaycanın tolerant, multikultural, mədəni, ədalətli mövqeyinin dünyaya tanıdılmasında əhəmiyyətini vurğulayıb. Hazırda ölkəmizin hər bir bölgəsində olduğu kimi Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin  vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyini söyləyib.Millət vəkili İltizam Yusifov hər həftə müxtəlif ünvanlarda şəhər sakinləri ilə səyyar görüşlərin təşkilinin əhəmiyyətindən danışıb.

Problemlərin vaxtında üzə çıxarılması və yerindəcə həll olunmasının vətəndaşlarda dövlətə inamın və etibarın güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Ölkə vətəndaşlarının dövlət başçısının ətrafında sıx birləşməsinin nəticəsi olaraq, respublikamızın regionun ən güclü dövlətinə çevrildiyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb. Yaxın gələcəkdə bölgələrin daha da inkişafına əmin olduğunu vurğulayıb.Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq göstərişlər verilib. Sakinlər onların problemlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.