Şirvan Şəhər İcra Hakimiyyəti təkzib etdibackend

Şirvan Şəhər İcra Hakimiyyəti təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə və bəzi saytlarda Aynur İmamverdi qızı Fərzəliyevanın Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Bildiririk ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə kadr təyinatı olunmayıb.
Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik.

Şirvan Şəhər İcra Hakimiyyəti