Şirvan Heydər Əliyevin anım günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilibbackend

Şirvan Heydər Əliyevin anım günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 dekabr 2021-ci il tarixdə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Millət Vəkili İltizam Yusifovun, şura üzvlərinin, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərlərinin iştirakı ilə keçirilən ümumşəhər tədbiri Ulu öndərin şəhərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarətlə başlayıb. Abidə önünə gül dəstələri düzülüb, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xatirəsinə dərin ehtiram ifadə edilib.
Sonra şəhərin Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlar, bu böyük dövlət xadiminin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri barədə geniş məlumatlar verilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçıları qarşısında çıxış edərək Ulu öndərin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını bildirib. Ölkədə həyata keçirdiyi islahatlar, dünyanın ən böyük neft şirkətləri ilə bağladığı müqavilələr, apardığı hücum xarakterli diplomatik siyasəti sahəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildiyini qeyd edib. Heydər Əliyevin dünyanın nadir siyasət adamı, sözü kəsərli sanballı lider, qlobal miqyasada təhlillər aparmağı bacaran nəhəng siyasətçi kimi tarix yazdığını vurğulayıb. Bu gün də Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqmatik və müdrik siyasəti ilə ölkəmizin yeni, müasir inkişaf dövrünü yaşadığını bildirib. Tədbir iştirakçılarını Ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək naminə Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanı işıqlı gələcəyə aparan siyasətinin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Milli Məclisin deputatı İltizam Yusifov Ulu öndər Heydər Əliyevin Şirvan şəhərinə göstərdiyi diqqət və qayğıdan, şirvanlıların da həmişə Ulu öndər Heydər Əliyevə böyük dəstək göstərdiklərindən danışıb. Bildirilib ki, indiki Şirvan şəhərinin iqtisadi əsaslarını Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yaradılıb. Diskussiya şəraitində keçən tədbir iştirakçılarda Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında tarixi xidmətləri barədə zəngin təsəvvür yaradıb.
Sonda tədbir iştirakçıları ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Millət atası” sənədli filmə tamaşa ediblər.