Sirli xəstəlik Norveçi cənginə alıbbackend

Norveçdə onlarla itin ölümünə səbəb olan sirli xəstəlik yayılıb.

Axar.az-ın məlumatına görə, ölkənin qida sektorunun rəsmiləri son günlər 40-dan çox itin xəstələndiyini və dərhal öldüyünü açıqlayıblar.

Mütəxəssislər xəstəliyin mənşəyini aşkar edə bilmədiklərini deyiblər.

Xəstəliyin paytaxt Olsoda üzə çıxdığı, sonra isə digər şəhərlərə də yayıldığı qeyd edilib.