Şirkət sahibi olan alimə “stop” qoyula bilər – Məhkəməyə müraciət edilibbackend

Şirkət sahibi olan alimə “stop” qoyula bilər – Məhkəməyə müraciət edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi yer elmləri üzrə fəlsəfə doktoru Parisa Zabolestaninin ölkədən çıxışının məhdudlaşdırılması üçün məhkəməyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.

Araşdırmalarımız zamanı bəlli olub ki, Bakı Dövlət Universitetinin (BDU) Seysmologiya və Yer təkinin fizikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı olan, fəlsəfə doktoru Parisa Zabolestani həm də şirkət sahibidir. O, “AzGP Engineering” MMC-nin təsisçisidir. Şirkət 1 sentyabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnaə kapitalı 100 AZN-dir.

Şirkət seysmik təhlükənin qiymətləndirilməsi, inşaat sahəsinin geofiziki tədqiqatları, qrunt sularının səviyyəsinin geofiziki üsulla kontrolu, şirin su mənbələrinin axtarışı və quyuların qazılması, filiz yataqlarının geofiziki üsullarla axtarışı, laborotor servisi və ekoloji tədqiqatlar həyata keçirir.

Şirkətin hazırda vergi borcu yoxdur. Ona görə də Parisa Zabolestaniyə “stop” qoyulması üçün müraciət edilməsi şirkətlə əlaqəli olması inandırıcı görünmür. Ehtimal etmək olar ki, Parisa xanının fərdi qaydada vergi borcu var.