Şirəliyev bir qədər əvvəl işdən getməsi ilə bağlı ərizə yazıbmış… – Professorbackend

Şirəliyev bir qədər əvvəl işdən getməsi ilə bağlı ərizə yazıbmış… – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əsas odur ki, Azərbaycan səhiyyəsində islahatlar başa çatdırılsın”.
Bunu açıqlamasında professor Adil Qeybulla Prezident İlham Əliyevin Səhiyyə naziri Oqtay Şirəliyevi vəzifədən çıxarması ilə bağlı sərəncamından danışarkən deyib. Professor bildirib ki, bu sahədə əsas hədəf Qərb səhiyyəsinin standartlarına yaxınlaşmaq olmalıdır:
“Hesab edirəm ki, son günlərin hadisələri, bütövlükdə pandemiya ilə mübarizədə buraxılan səhvlər ümumiləşmiş məsələdir və nazirin çıxarılması da bununla bağlı ola bilər. Konkret bir səbəbi deyə bilmərəm. Amma onu bilirəm ki, Oqtay Şirəliyev bir müddət əvvəl işdən getməsi ilə bağlı ərizəsini yazmışdı. Yəqin ki, şərait yetişdi və reallaşdı”.