Siqaretin qiyməti nə üçün artıb? (ŞƏRH)backend

Siqaretin qiyməti nə üçün artıb? (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Siqaretin qiymətinin artması gözlənilən idi”.
Bunu  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, buna səbəb aksiz vergisinin artmasıdir:
“Çünki fevral ayında aksiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərar verilmişdi. Açığı bunu bir az gec həyata keçirdilər. Digər səbəb isə ondan ibarət idi ki, dizel yanacağının qiymətinin artması bütün növ məhsullar üzrə logistikanın bahalaşmasına səbəb olub. Bu, həm də siqaretə aiddir. Burada aksiz vergisinin artması, həm logistikanın bahalaşması qiymət artımına təsir göstərir. Siqaret, tütün məlumatları, spirtli içkilər sosial məsələ olmadığından hökumətlər, o cümlədən Azərbaycan höküməti də rahatlıqla bunların qiymətini artırır”.
Natiq Cəfərli qeyd edib ki, artıq son 3 ildə dəfələrlə aksiz və vergi dərəcələri artırılıb.
Qeyd edək ki, bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb. Ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.