Siqareti tərgidənlər ömürlərini bu qədər uzadacaqlar – ARAŞDIRMAbackend

Siqareti tərgidənlər ömürlərini bu qədər uzadacaqlar – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ürək xəstələri siqareti tərgitməklə ömürlərini 5 il uzada bilərlər.

Yeni bir araşdırmaya görə, ürək xəstəliyindən əziyyət çəkən siqaret çəkənlər siqareti atmaqla beş sağlam il qazana bilərlər.

AZXEBER.COM xarici medianın araşdırmasını təqdim edir.

Tədqiqatlara görə, siqaret çəkənlər siqareti tərgitsələr, bir çox dərman qəbul edərək müalicə alan xəstədən daha çox faydasına nail ola bilərlər.

Avropa Kardiologiya Cəmiyyətinin araşdırmasına görə, infarkt kimi kəskin koronar sindromdan sonra siqaret çəkməyə davam edən 45 və daha çox yaşlı xəstələrə dərman müalicələri edilib.

Ümumilikdə, 989 xəstədən əldə edilən məlumatlara görə, müalicədən sonra siqareti tamamilə atmayan xəstələrin müalicəsi bir fayda verməyib, lakin siqareti ataraq müalicənin faydalarına nail olan insanlar olub.

Tədqiqatçılar hər iki xəstə tipində sağlam illər ərzində bədən dəyərlərindəki dəyişiklikləri hesablayıb və müqayisə ediblər. Alınan nəticəyə görə, siqareti tərgitməyin təxmin edilən faydası hər üç müxtəlif dərman müalicəsinin istifadəsi ilə müqayisə edilə bilər.

Amsterdam Universiteti Tibb Mərkəzinin tədqiqatçısı Dr.Tinka Van Trier siqareti tərgitməyin faydalarının düşündüklərimizdən də böyük olduğunu vurğulayıb:

 

“Tədqiqatımız göstərir ki, vərdişdən imtina etmək, daha əvvəl infarkt keçirmiş və ya tıxanmış damarların açılması proseduru keçirmiş insanlarda infarkt və insultdan qorunmaq üçün üç fərqli dərman qəbul etmək qədər təsirlidir. Bu yolla xəstələr sağlam həyat sürə bilərlər. Hətta ömürlərini 5 il sağlam bir şəkildə uzada bilərlər”.