Tribuna İnformasiya Agentliyi

Siqareti tərgitmək istəyənlərə 5 məsləhət: Beyini necə aldatmalı?

27 Sentyabr
Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir.
Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.
TİA.AZ medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.
1.Beynin həzz tələbini ödəmək
Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.
Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad.
 
2.İştah güclənir
Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır.  Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.
 
3.Sakitləşmək yolları
Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.
4. Əlavə hobbilər tap
Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.
 
5.Qidanızı dəyişin
Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsın.