Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldubackend

Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
TİA.AZ  AFFA-nın rəsmi saytıa istinadən xəbər verir ki, yığmanın iki futbolçusu – Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqları üçün (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.
Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki