Tribuna İnformasiya Agentliyi

Siqal təcavüzdə ittiham olunur

10 Avqust

Los-Ancelesin dairə prokurorluğu cinsi təcavüzdə ittiham olunan amerikalı aktyor və kinoprodüser Stiven Siqalla bağlı araşdırmalara başlayıb.

TİA.AZ xəbər verir ki, bununla bağlı “Deutsche Welle” nəşri prokurorluğun mətbuat xidmətinə istinadla məlumat yayıb.

Cinayətin xarakteri və mümkünlüyü ilə bağlı əlavə heç bir məlumat verilmir. Yalnız məlumdur ki, Siqal barəsində araşdırmalarla yanaşı, prodüser Xarvi Vaynşteyn və yumorist Entoni Andersona qarşı da işlər açılıb.

Bu, Siqala qarşı ilk belə ittihamdır.