Sinequbov: “Xarkov tamamilə Ukrayna ordusunun nəzarətindədir”backend

Sinequbov: “Xarkov tamamilə Ukrayna ordusunun nəzarətindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarkov tamamilə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi altındadır”.

Bu barədə Ukrayna Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, “düşmən aktiv hücum hərəkətləri həyata keçirmir, şəhərin kənarında yaşayış infrastrukturuna raket və bomba zərbələri endirməkdə davam edir”.

Sinequbov qeyd edib ki, Xarkov şəhərinin ətrafında uğursuz müqavimətdən sonra düşmən ağır silahlarını və hərbi texnikalarını tərk edərək qaçmağa başlayıb. Yaralı yoldaşlarını döyüş meydanında qoyub qaçan rusiyalı hərbçilər ukraynalı sərhədçilər tərəfindən əsir götürülüblər.