Tribuna İnformasiya Agentliyi

Sınaq imtahanının nəticələri açıqlandı

01 May
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.
DİM-dən  verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bildirilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub. Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq ‘Sınaq imtahanı’ ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.