Tribuna İnformasiya Agentliyi

Şimali və Cənubi Koreya daha bir məsələdə ortaq məxrəcə gəldi

30 Aprel

Koreya Xalq Demorkatik Respublikası Cənubi Koreya ilə vaxt fərqini aradan qaldıracaq. Bununla bağlı qərar ölkənin Ali Xalq Məclisinin Rəyasət Heyəti tərəfindən qəbul edilib.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, saatların 30 dəqiqə irəli çəkilməsi mayın 5-nə planlaşdırılıb.

Ölkələr arasında vaxt fərqi 2015-ci il avqustun 15-də KXDR-in Koreyanın azad olunması ildönümü ilə əlaqədar qəbul etdiyi qərardan sonra yaranıb.

Koreya liderləri Kim Çen In və Mun Çje İn aprelin 27-də ölkələr arasındakı demilitarizasiya zonasında görüşüb. Ölkə liderləri birgə bəyannamə imzalayıblar və Koreya yarımadasının denuklearizasiyasına doğru hərəkət etmək barədə razılığa gəliblər.