Şimali Makedoniya NATO-nun üzvü oldubackend

Şimali Makedoniya NATO-nun üzvü oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya parlamentinin Yuxarı Palatası Şimali Makedoniyanın NATO-ya üzv olması barədə sənədləri ratifikasiya edib.

TİA.AZ “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq özünün “Twitter” səhifəsində yazıb.

“İspaniya Senatı yenicə Şimali Makedoniyanın NATO-ya qoşulmasını təsdiq etdi”, – deyə Stoltenberq sosial şəbəkədəki hesabında yazıb.

İspaniya həmin sənədləri NATO-nun 29 üzv ölkəsindən sonuncusu kimi ratifikasiya edib və bununla Şimali Makedoniyanın NATO üzvlüyünə yol açıb.

“Bununla bağlı bütün tərəfdaşlarımız (NATO üzrə) tezliklə 30-cu üzvümüz olacaq ölkəni qarşıladı. Şimali Makedoniyanı təbrik edirik”, – baş katib əlavə edib.