“Şimali Makedoniya” Makedoniyanı qarışdırdıbackend

“Şimali Makedoniya” Makedoniyanı qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Yuqoslaviyanın dağılmasından sonra müstəqilliyini qazanan Makedoniyanın adı ətrafında gərginliklər səngimək bilmir

Ölkənin yunan kəsimi, xüsusilə də, Yunanıstan siyasi dairələri illərdir Makedoniyanın adının dəyişdirilməsini israr edir.
Hətta, bu məqsədlə iki gün öncə Makedoniya və Yunanıstan rəhbərləri bir araya gələrək, Makedoniyanın adının Şimali Makedoniya adlandırıılması ilə bağlı protokol imzalayıblar.
Həmin protokola əsasən bu məsələ ilk öncə hər iki  ölkənin parlamentinin müzakirəsinə- təsdiqinə, sonra isə referenduma çıxarılmalıdır.
Bu isə Makedoniyada ciddi siyasi gərginliklərə səbəb olub.
Makedoniyanın Şimali Makedoniya adlandırılmasına etiraz edən makedoniyalı etirazçılar ölkənin parlament binası önündə etiraz aksiyalarına başlayıblar.
Artlq etirazçılarla polis, hüquq-mühafizə orqanlarının  işçiləri arasında iğtişaş baş verib.
Məlumatlara görə,  7-si polis olmaqla, 17 nəfər iğtişaşlarda ağır xəsarət alıb.
Etirazçılar isə öz etirazlarını davam etdirəcəklərini və bunda qəralı olduqlarını ifadə ediblər.(oxu.az)