Şimali Koreyalıların “Samsung Galaxy” sevgisibackend

Şimali Koreyalıların “Samsung Galaxy” sevgisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kral Seçjon (Sejong Institute) adına İnstitut tərəfindən aparılmış son araşdırmanın nəticələri göstərir ki, hökumətin ciddi qadağalarına baxmayaraq, Şimali Koreya sakinləri mobil cihazlardan daha aktiv istifadə edirlər.
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, əhalisinin sayının 25 milyon nəfər olan Şimali Koreyada təxminən 5 milyona yaxın mobil cihaz istifadəçisi mövcuddur.

 

Smartfonların populyarlaşması olduqca sürətlə gedir. Şimali Koreya sakinləri arasında “Samsung Galaxy” smarfonu ən populyar smartfon hesab edilir, baxmayaraq ki, bu ölkədə Cənubi Koreya istehsalı olan bütün digər məhsullar kimi, smartfonlar da rəsmən qadağan edilib. Bununla belə, Şimali Koreya sakinləri “qara bazar”lın xidmətlərin  fəal istifadə edirlər və smartfonları şişirdilmiş qiymətlərlə əldə edirlər.

Araşdırmanın müəllifləri iddia edirlər ki, bu gün Şimali Koreyada qanunlar o qədər də sərt deyil. Söhbət ondan getmir ki, ölkədə “Samsung” smartfonları əldə etmək mümkündür. Məsələ ondadır ki, ölkə sakinləri belə bahalı məhsulu ala bilirlər.

Bundan əvvəl Şimali Koreya hökuməti Çinin smartfon istehsalçıları ilə müqavilə bağlayaraq, onlardan qiyməti 50 dollar olan smartfonlar alıb, əhaliyə isə onları 250 dollara satır. Bu smartfonlarda internetə çıxış imkanları mövcud deyil. Buna görə də istifadəçilər “Samsung” və digər istehsalçıların blokdan çıxarılmış smartfonlarını seçirlər. “WeChat”, “Telegram” və “KakaoTalk” kimi messencerlərin populyarlaşması isə qohumlar arasında ünsiyyəti daha da sadələşdirib.

Cənubi Koreya məhsullarından istifadəyə görə cəzadan yayınmaq üçün ölkə sakinləri Koreya şirkətlərinin loqotiplərini Çin və Yaponiya şirkətlərinin loqotipləri ilə əvəzləyirlər.

Həmçinin araşdırmada dəfələrlə təkrarlanır ki, Şimali Koreya lideri Ki Çen In (Kim Jung-un) “Apple” texnikasından istifadə edir.