Şimali Koreyada insanlara dönəri Kim Çen Inın atasının yaratdığını deyiblərbackend

Şimali Koreyada insanlara dönəri Kim Çen Inın atasının yaratdığını deyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyada dönərə böyük maraq yaranıb. Yerli televiziya paytaxt Pxenyanda ayaqüstü qidanı əldə etmək üçün kiçik növbələrin yarandığını göstərir. Burada dönərin çox dadlı olduğu təbliğ edilir.

Bizimyol.info xəbər verir ki, məsələnin maraqlı tərəfi bu təamın dövlət başçısı Kim Çen Inın atasının adı ilə yanaşı çəkilməsidir. Televiziya dönərin reseptini məhz Kim Çen İrin hazırladığını iddia edir. Guya türklərin sevimli yeməyi dünyaya Şimali Koreyadan yayılıb.

 

Kim Çen In və bacısı Kim Ye Çjon Kim Çen In və bacısı Kim Ye Çjon

 

Süjetdə Kim Çen İrin resepti 2011-ci ildə hazırladığı bildirilib: “Onun dönərlə birlikdə yayda köşklərdə mineral su, qışda isti çay verilməsinin lazım olması haqda sözlərini xatırlayırıq”.

Deyilənə görə, Kim Çen In dönəri çox xoşlayır. Pxenyan küçələrində xüsusi köşklərin quraşdırılmasının məhz onun ideyası olduğu bildirilir.

Hələ 2021-ci ilin noyabrında Şimali Koreyadan başqa xəbərlər gəlirdi. Onda əhalinin böyük hissəsinin aclıqla üz-üzə qaldığı qeyd olunurdu. Şimali Koreyada qara qu quşunun əti aclıqdan xilas vasitəsi kimi fərqləndirilirdi.