Şimali Koreyada 11 gün gülmək qadağan edildibackend

Şimali Koreyada 11 gün gülmək qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya hökuməti bu gündən vətəndaşlara 11 gün ərzində gülməyi və spirtli içki qəbul etməyi qadağan edib.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, məhdudiyyətlər 10 il əvvəl vəfat edən lider Kim Çen İrin anım günü ilə bağlıdır.

Bu müddət ərzində ölkə sakinlərinə ictimai yerlərdə yaxşı əhval-ruhiyyə nümayiş etdirməsi də qadağan olunub. Bundan əlavə, 17 dekabr – anım günündə vətəndaşların mağazaya getməsinə də icazə verilmir.

Bildirilib ki, yas dövründə insanların kədərli görünməsinə xüsusi polis dəstələri nəzarət edəcək.

Qeyd edək ki, Kim Çen İr 2011-ci il dekabrın 17-də 69 yaşında ürəktutmasından vəfat edib. Şimali Koreyanın hazırkı lideri isə onun oğlu Kim Çen Indır.