Tribuna İnformasiya Agentliyi

Şimali Koreya Trampı görüşü təxirə salmaqla hədələdi

16 May
Şimali Koreya ABŞ-ı 12 iyunda Sinqapurda keçiriləcək görüşü təxirə salmaqla hədələyib.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi televiziyası ABŞ və Cənubi Koreyanın hərbi təlimini “işğal təlimi” adlandıraraq görüşün təxirə salınmasınn ehtimallar arasında olduğunu bildirib.
Görüşün 12 iyunda Kim Çen In və Donald Tramp arasında baş tutması planlaşdırılır.
Qeyd edək ki, Kim Çen Inın nüvə silahından imtina etməsi barədə qərarından sonra 27 iyunda Cənubi və Şimali Koreya liderləri bir araya gəldi. Tərəflərin bu gün növbəti dəfə görüş keçirməsi, ilk qarşılaşmada əldə edilən razılaşmaların rəsmiləşdirilməsi gözlənilir.