Tribuna İnformasiya Agentliyi

Şimali Koreya liderinin Rusiyaya səfər vaxtı açıqlanıb

05 Noyabr

Şimali Koreya lideri Kim Çen In noyabrda Rusiyaya səfər edə bilər.

“Report” “Renhap”a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Moskvadakı səfiri U Yun Qın bildirib.

Onun sözlərinə görə, hazırda Şimali Koreya səfərin vaxtını və Kim Çen Inın iş qrafikini dəyərləndirir. Səfir qeyd edıb ki, 2019-cu ilin birinci yarısında Rusiya Prezidenti Vladirmi Putinin Cənubi Koreyaya səfəri də planlaşdırılır.