“Silk Vey East Aviaşirkəti” ləğv olunurbackend

“Silk Vey East Aviaşirkəti” ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Silk Vey Holdinq” MMC-yə məxsus “Silk Vey East Aviaşirkəti” və “Silk Vey İnvestment” MMC-lər ləğv olunduqlarını elan edib.

TİA.AZ bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportuna bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər müvafiq olaraq 2016-cı və 2007-ci ildən fəaliyyət göstərirlər. Onların hər ikisinə holdinqin direktoru Zaur Axundov rəhbərlik edir.