“Silahını yerə qoy”: Volınlı rus ana Xersonda döyüşən işğalçı oğluna müraciət etdibackend

“Silahını yerə qoy”: Volınlı rus ana Xersonda döyüşən işğalçı oğluna müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Volıniyada yaşayan rus əsgərlərindən birinin anası oğluna üz tutaraq onu silahlarını yerə qoymağa və həmyerlilərini öldürməməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə SBU-nun Volın vilayəti üzrə departamenti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2012-ci ildə onun oğlu Rusiyadakı qohumlarının yanına köçüb, 2017-ci ildə isə Omskda hərbi məktəbi bitirib və işğalçı ölkənin ordusunda qalıb. Oğul sonuncu dəfə anası ilə martda əlaqə saxlayıb, lakin o, Ukraynaya qarşı döyüşdüyünü ona etiraf etməyib.
Lakin əks-kəşfiyyatçılar onun hazırda işğalçı ordunun tərkibində Xerson istiqamətində döyüşdüyünü aşkar ediblər.
“Bir ananın ürəyi oğlunun ukraynalıları öldürmək üçün öz vətəninə gəldiyinə inana bilmir. Ona görə də o, oğlundan silahlarını yerə qoymasını, dinc və günahsız insanlara qarşı döyüşməməsini xahiş edir”, – mesajda deyilir.
“Bütün qohumların buradadır, atan, səni çox sevən nənələr burada dəfn olunub. Sənin üçün çox darıxıram və sənə yalvarıram, oğlum: silahını yerə qoy və doğma Ukraynaya, öz evinə qayıt”, – qadın oğluna müraciətində deyib.
O, oğulları işğalçıların tərəfində vuruşan ukraynalı rus analara da müraciət edib: “Oğullarınızı evə çağırın, bəlkə də bu, onların həyatını xilas etmək üçün yeganə şansdır”.