Sığortanı məqsədli olaraq iki aylıq edirlər ki… – GİLEYbackend

Sığortanı məqsədli olaraq iki aylıq edirlər ki… – GİLEY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şikayətim “Azmil” şirkətindəndir”. DİA.AZ bildirir ki, bu barədə İdris Cavadov adlı istifadəçi “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında qeyd edib:

Sığortanı məqsədli olaraq iki aylıq edirlər ki...

Daha sonra narazı vətəndaş yazır: “Gördüyünüz bu avtomobil- – “Hyundai i40 universal”ı salamat vəziyyətdə Koreyadan almışdım. Daşınma olaraq “Azmil” şirkətinə müraciət etdim. Daşınma haqqını, siğorta haqqını vaxtlı-vaxtında ödədim. Amma nəticə olaraq maşın belə gəldi çıxdı…

Siğorta əməkdaşı gömrüyün həyətində “sizin müqaviləniz 2 aylıqdır” dedi.

İndi nə şirkət öhdəsinə götürür nə siğorta… Ortada belə bir fırıldaq var…

Belə düşünürəm ki, bunlar əlbir olub sığortanın müddətini iki aylıq edirlər ki, qoy maşın problemli gələrsə, hərə öz yaxasın kənara çəkə bilsin və nə daşıma şirkəti, nə də sığorta şirkəti ziyana düşməsin.

Sözün qısası… hələ də mənim kimi onların reklamına inanıb “Azmil” vasitəsi ilə maşın gətizdirmək istəyən varsa, 2 dəfə düşünsün…”

BELƏ OLANDA SİFARİŞ EDİLİB:

Sığortanı məqsədli olaraq iki aylıq edirlər ki...
Sığortanı məqsədli olaraq iki aylıq edirlər ki...

AMMA GƏLİB BELƏ ÇIXIB:

Sığortanı məqsədli olaraq iki aylıq edirlər ki...