Tribuna İnformasiya Agentliyi

İŞİD-ə terrorçu göndərən Avropa Birliyi ölkələri

26 Aprel

Belçikanın Daxili İşlər Nazirliyi (DİN) ölkəsində yaşayan əcnəbi terrorçuların sayını açıqlayıb. 

Belçikanın Daxili İşlər Nazirliyi (DİN) ölkəsində yaşayan əcnəbi terrorçuların sayını açıqlayıb.

TİA.AZ ölkənin “Derniere Heure” qəzetinə istinadən xəbər verir ki, Belçika DİN hazırda ölkədə 629 nəfər əcnəbi terrorçunun olduğunu bəyan edib.

Məlumatda deyilir ki, 629 terrorçudan 276-sı Suriyada gedən döyüşlərdə iştirak edib:

“Daha sonra isə həmin şəxslər Suriyadan Belçikaya sığınıblar. Onların arasında olan 82 terrorçu isə İŞİD sıralarında döyüşmək üçün Suriyaya getməyə çalışır. Ümumilikdə, bu terrorçulardan 149 nəfəri potensial kamikadzedir”.

Fransanın Terrorla Mübarizə üzrə Koordinasiya Şurasının (UCLAT) sədri Loic Garnier isə qeyd edib ki, İŞİD-ə qoşulmaq istəyən şəxslərin sayına görə, Belçika Avropa Birliyi ölkələri arasında birinci yerdə gedir:

“Avropada ən çox Belçikada gizlənən adamlar İŞİD-ə qoşulmağa çalışır. Çox təəssüf ki, növbəti yeri Fransa tutur”.