Tribuna İnformasiya Agentliyi

İŞİD 140 nəfəri elektrik dirəklərindən asdı

08 Aprel

İŞİD terror qruplaşması Mosulda nəzarət etdiyi bölgələrdən qaçmağa çalışan 140 mülki vətəndaşı öldürüb. 

İŞİD terror qruplaşması Mosulda nəzarət etdiyi bölgələrdən qaçmağa çalışan 140 mülki vətəndaşı öldürüb.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu haqda Şimali İraq kürd muxtariyyətində fəaliyyət göstərən “Rudaw” kanalı bildirib.

Kanalın xəbərinə görə, öldürülən insanların cəsədlərinin bir hissəsi Mosulun qərb hissəsində elektrik dirəklərindən asılıb. Cəsədlərin digər hissəsinin isə döyüş xəttinə yaxın ərazidə qaldığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Mosulun qərb hissəsində təxminən 600 min vətəndaş mühasirədə qalıb.

Qeyd edək ki, İraq ordusuna bağlı təhlükəsizlik gücləri yanvarın 24-də beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə şəhərin şərq hissəsində nəzarəti təmin edib.