Tribuna İnformasiya Agentliyi

“ShamkirChess 2018 ” superturniri canlı yayımlanacaq

14 Aprel

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində bütün partiyalar canlı yayımlanacaq.

“Report” xəbər verir ki, turnirin mətbuat xidmətinin məlumatına görə, yarışın rəsmi saytı – www.shamkirchess.com vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.

Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev eləcə də qrossmeysterlər Lyubomir Lyuboyeviçlə (Serbiya) İqor Henkin (Almaniya) şərh edəcək.

Onlayn rejimdə partiyalarla yanaşı şahmatçıların mətbuat konfransları da göstəriləcək.