“Şeytana atılan daşlar dezinfeksiya olunacaq” – Həcc ziyarətinin qaydaları açıqlandıbackend

“Şeytana atılan daşlar dezinfeksiya olunacaq” – Həcc ziyarətinin qaydaları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səudiyyə Ərəbistanı Həcc ziyarəti və zəvvarlarla bağlı qaydaları müəyyənləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə Krallığın Həcc və Ümrə Nazirliyi 9 səhifəlik qərar mətn yayımlayıb.

Qərara əsasən, Səudiyyə Ərəbistanı bu il keçiriləcək Həcc ziyarəti üçün yerli və xarici zəvvarlar da daxil olmaqla 60 min nəfərlik kvotanın açıldığını elan edib.
Bildirilir ki, 18-60 yaş aralığında olmaqla, 45 min zəvvar xaricdən və 15 min zəvvar isə krallıq daxilindən qəbul ediləcək.

Həcc ziyarətini həyata keçirmək istəyən şəxslərin son 6 ayda hər hansı xəstəlik səbəbilə xəstəxanada yatmamış olmaları, bunu rəsmi formada təsdiq etmələri, həmçinin koronavirusa qarşı peyvənd olunduqları ilə bağlı sənədi təqdim etmələri tələblər arasındadır.

Qərar hacı olmağı arzulayanlardan koronavirus əleyhinə peyvəndin ilk dozasını 13 may tarixinədək, ikinci dozasını isə Səudiyyə Ərəbistanına gəlməzdən öncə son 14 gündə vurdurmalarını tələb edir. Ziyarət boyu ənənəvi hal olan şeytana daş atılması prosesi də həyata keçiriləcək. Ziyarətçilərə bunun üçün paketdə dezinfeksiya olunmuş daşlar veriləcək.

Xaricdən gələn ziyarətçilər üçün 3 günlük karantin müddətinin tətbiq olunacağı da qərarda qeyd olunur.

Qeyd edək ki, keçən il Səudiyyə Ərəbistanı COVID-19 epidemiyası səbəbilə Həcc ziyarətinə ölkə daxilində məhdud sayda zəvvar qəbul edib.