backend

“Sevimli Dad” bağlandı?– Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə kolbasa məhsulları istehsal edən ən iri şirkətlərdən biri olan “Sevimli dad”ın bağlanma xəbəri yayılıb. 

Ölkədə kolbasa məhsulları istehsal edən ən iri şirkətlərdən biri olan “Sevimli dad”ın bağlanma xəbəri yayılıb.

Şirkətin müflis olduğu və mağazalarda məhsulların satışının dayandığı deyilir.

Xəbərdə xeyli işçinin ixtisar olunduğu və yanvardan müəssisənin tamamilə fəaliyyətini dayandıracağı qeyd olunub. Politika.az-ın məlumatına görə, buna səbəb alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır zərərlə işləməsi olub.

Məsələ ilə bağlı “Sevimli Dad”dan Axar.az-a bildirildi ki, istehsalın dayanması ilə bağlı yayılan xəbərlər doğru deyil:

“Bu barədə yazılanlar həqiqəti əks etdirmir. Gəlib baxa bilərsiniz. İstehsal davam edir, heç bir işçi işdən çıxarılmayıb. Ola bilər ki, bəzi marketlər bizim məhsulları almır, başqa şirkətlərlə əməkdaşlıq edir. Bu o demək deyil ki, zavod bağlanıb, istehsal dayanıb”.