Sevda Əliqızı göz yaşlarıan boğuldu – VİDEObackend

Sevda Əliqızı göz yaşlarıan boğuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Sevda Əliqızı “Səhər-səhər” proqramının qonağı olub.

Medianews.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl vəfat edən mərhum Xalq artisti Səməd Səmədovdan danışıb.

Sevda keçmiş duet ortağından danışarkən göz yaşlarına hakim ola bilməyib. O, Xalq arstinin vəfatının onun üçün çox ağır olduğunu bildirib:

“O hadisədən iki gün əvvəl biz Turalla ev şənliklərindən birində rastlaşdıq. O dedi ki “Sevda xanım xəbəriniz var? Səməd bəy xəstədi virusa yoluxub”. Səməd o qədər pozitiv insan idi ki, adam inana bilmirdi. Mən ona bu xəstəliyi yaraşdırmadım. Sonra onunla əlqə saxladım, gördüm xırıltılı səslə danışır.

Dedi “Seva koronaya yoluxmuşam”. Dedim fikir eləmə tezliklə sağalacaqsan. Sonra onun ölüm xəbərini verdilər. Həmin andan özümə yer atap bilmirəm. Telefonlara cavab verməyə halım yoxdur. Onunla 15 il duet ortağı olmuşuq. Ondan əvvəl də ailəvi dost idik. Onun vəfatı mənim üçün çox ağırdır”.