Səudiyyə şoku: Sosial şəbəkədə paylaşım edən qadına 45 il iş verildibackend

Səudiyyə şoku: Sosial şəbəkədə paylaşım edən qadına 45 il iş verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında Nura bint Səid əl-Qəhtani adlı qadın sosial şəbəkədə paylaşım etdiyinə görə 45 il həbs cəzasına məhkum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmə sənədi ilə tanış olan “Associated Press” agentliyi məlumat yayıb.

İlk olaraq bu hökm barədə məlumat verən DAWN təşkilatı (“Democracy for the Arab World Now” (“İndi Ərəb Dünyası üçün Demokratiya”), Şimali Afrika və Yaxın Şərqdə demokratiya və insan haqları dəyərlərini təbliğ edən QHT) yazır ki, məhkəmə müəyyən edib ki, məhkum internetdən istifadə edərək “cəmiyyətin parçasını cırıb” və “ictimai asayişi pozub”.

Ətraflı
Ad – 00:16
Əl-Qəhtaninin sosial şəbəkələrdə dəqiq nə yazdığı məlum deyil. DAWN bildirib ki, ittiham geniş şərhə açıq olan terrorizm və kibercinayətkarlığa qarşı qanunlara əsaslanır. Belə işlərə adətən milli təhlükəsizlik və terrorizmlə bağlı işlərə baxan ixtisaslaşdırılmış məhkəmə baxır.

Nəşrlərdə qadının özünün tərcümeyi-halı ilə bağlı təfərrüatlar da yoxdur. “The Times” onu qadın hüquqları müdafiəçisi adlandırır, lakin “Associated Press” yazır ki, əl-Qəhtaninin fəallığına dair heç bir dəlil yoxdur. Onun 2021-ci ilin iyulundan həbsdə olduğu və apellyasiya şikayəti zamanı ona 45 il həbs cəza təyin edildiyi məlum olub.

Xatırladaq ki, bu yaxınlarda digər səudiyyəli bir qadın sosial şəbəkədə paylaşım etdiyinə görə uzun müddətə azadlıqdan məhrum edilib. Avqustun ortalarında məlum olub ki, 34 yaşlı Salma əl-Şebab qadın hüquqları uğrunda mübarizə aparan siyasi məhbusların azad edilməsinə çağıran tvitlərinə və hüquq müdafiəçilərinin oxşar mesajlarını retvit etdiyinə görə 34 il müddətinə azadlıqdan məhrum edilib.