Səudiyyə Ərəbistanında Camal Qaşıqçının ölümü ilə bağlı 8 nəfərə hökm oxunubbackend

Səudiyyə Ərəbistanında Camal Qaşıqçının ölümü ilə bağlı 8 nəfərə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı məhkəməsi “The Washington Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsi ilə bağlı məhkəmə işində səkkiz nəfər barəsində hökm oxuyub.

TİA.AZ-ın “Euronews”a istinadən verdiyi xəbərə görə, təqsirləndirilənlərdən beş nəfərin hər biri 20 il azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Bir nəfərə 10 il, iki nəfərə isə 7 il həbs cəzası verilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistan əsilli, amerikalı jurnalist C. Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.