Sərxoş kürəkəni qəza keçirən Məhərrəm Novruzov kimdir?backend

Sərxoş kürəkəni qəza keçirən Məhərrəm Novruzov kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi bu gecə “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkəni Novxanı yolunda Kərbalayev Elşad Məhərrəm oğlu öz lüks avtomobili ilə qəza törədərək 4 nəfərin ölümünə səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə yerindən qaçmaq istəyən sərxoş sürücü Binəqədi yol polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir.

Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur.

Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib.

Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.