Serxio Ramos 100-cü qolunu vurdubackend

Serxio Ramos 100-cü qolunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya kubokunun 1/8 final mərhələsinin ilk matçında “Real Madrid” doğma meydanında Leqanes”i qəbul edib.

Open.az xəbər verir ki, matçın 44-cü dəqiqəsində penaltidən sonra hesabı açan Serxio Ramos üçün bu qol əlamətdar olub. Belə ki, bu qol 32 yaşlı müdafiəçinin peşəkar karyerasında vurduğu 100-cü qol kimi tarixə düşüb.

Təcrübəli futbolçu bu qollardan 80-ni “Real Madrid”in, 3-nü “Sevilya”nın, 17-ni isə İspaniya milli komandasının heyətində vurub.

Qeyd edək ki, matç “Real Madrid”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü yanvarın 16-da keçiriləcək.