Sərnişini çaya dəvət edən taksi sürücüsü: “Xanıma birlikdə istirahət etməyi təklif etmişəm” -VİDEObackend

Sərnişini çaya dəvət edən taksi sürücüsü: “Xanıma birlikdə istirahət etməyi təklif etmişəm” –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Sürücü əməlindən peşman olduğunu deyib.

“İdarə etdiyim “Mercedes” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Bu gün Günəşli qəsəbəsində avtomobilimə müştəri kimi oturan xanıma birlikdə istirahət etməyi təklif etmişəm. Əməlimə görə peşmanam”, – deyə o bildirib.